Böyük Britaniya Ukrayna üçün 300 milə qədər mənzilə malik yeni "Nightfall" ballistik raketi hazırlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Mail” qəzeti mənbələrə istinadən yayıb.
Məlumata görə, "Nightfall" 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunacaq.
Böyük Britaniyanın Müdafiə Nazirliyi 9 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində üç sınaq raketi hazırlamaq və təchiz etmək üçün bir neçə şirkətə müraciət edib.
Bizim.Media