Kuba ABŞ-dan fərqli olaraq muzdlu fəaliyyəti, şantajı və digər dövlətlərin işlərinə hərbi müdaxiləni həyata keçirmir.
Bizim.Media xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın bəyanatına belə cavab verib.
Xatırladaq ki, Ağ Evin sahibi bəyan edib ki, Kuba artıq Venesueladan neft və maliyyə vəsaiti almayacaq.
Onun sözlərinə görə, Kuba illərdir Venesueladan daxil olan böyük həcmdə neft və pullar hesabına yaşayırdı. Bunun əvəzində isə Havana Venesuelanın son iki diktatoruna “təhlükəsizlik xidmətləri” göstərirdi.
“Amma indi bu artıq olmayacaq”, – deyə Tramp vurğulayıb.

Bizim.Media