"İrandakı etiraz hərəkatının bir neçə əsas iştirakçısı həbs edilib".
Bizim.Media AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Polisin rəisi Əhməd Rza Radan bildirib.
"Dünən axşam (10 yanvar - red.) iğtişaşların əsas iştirakçılarının həbsləri həyata keçirilib və onlar bütün zəruri hüquqi prosedurlardan keçdikdən sonra cəzalandırılacaqlar", - deyə o vurğulayıb.
Həbs edilənlərin sayı və şəxsiyyətləri dəqiqləşdirilmir.
Qeyd edək ki, İranda etirazlar ötən il dekabrın sonunda milli valyutanın xeyli dəyərsizləşməsi və qiymətlərin kəskin artması səbəbindən başlayıb.
Bizim.Media