Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya Prezidenti Vladimir Putini ABŞ-ın Venesuela lideri Nikolas Maduronu qaçırdığı kimi "oğurlamağa" qarşı olmadığını etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə "UNIAN" "Kyiv Independent"in jurnalisti Kris Yorka istinadən yazıb.
Jurnalistin “Hansı ölkənin liderini "oğurlamaq" istəyirsiniz?” sualına Con Hili Rusiya Prezidenti Vladimir Putinin adını çəkib.
"Putini həbs etmək və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəyirəm", - Böyük Britaniyanın müdafiə naziri bəyan edib.
Bizim.Media