“Bütün dünya gördü ki, ABŞ hökuməti biz danışıqlar masası arxasında əyləşdiyimiz bir vaxtda diplomatiya və dialoqa zərbə vurdu, insanlığa qarşı cinayətlər törətdi və bütün beynəlxalq norma və qaydaları pozdu”.
Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“İndi isə, guya İran İslam Respublikasını bəzi digər ölkələrə bənzədərək, eyni addımları başqa üsulla atır, bəzilərini iğtişaşlar və xaos yaratmağa təhrik edir. Halbuki İran xalqı öz ölkəsini və dövlət quruluşunu əvvəlkindən də daha möhkəm şəkildə dəstəkləyəcək”, - deyə Pezeşkian qeyd edib.
Bizim.Media