Devrilmiş İran şahının oğlu Rza Pəhləvinin tərəfdarları İranın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları İranın özündə iqtisadi çətinliklər, inflyasiya və siyasi narazılıq səbəbindən baş verən hökumət əleyhinə nümayişlərə dəstək ifadə edərək, rejimin dəyişdirilməsinə və demokratiyaya çağırıblar.
Qeyd edək ki, Rza Pəhləvi etirazlara fəal şəkildə çağırış edir və İranda dünyəvi konstitusiyalı monarxiyanın qurulmasını müdafiə edir. Bu mövqe həm ölkə daxilində, həm də xaricdə yaşayan iranlılar və onların tərəfdarları arasında dəstəklənir.
Bizim.Media