“Tehranın küçələrində və dünyanın müxtəlif şəhərlərində azadlıq tələb edən iranlı qadın və kişilərin addım səsləri eşidilir. Söz demək, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq… Avropa onları tam şəkildə dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen X sosial şəbəkəsində yazıb.
“Biz bu qanuni nümayişlərin amansız şəkildə yatırılmasını qətiyyətlə pisləyirik. Buna görə məsul olanlar tarixin yanlış tərəfində qalacaqlar. Biz həbs edilmiş bütün etirazçıların dərhal azadlığa buraxılmasına çağırırıq. İnternetə tam çıxışın bərpa olunmasına çağırırıq. Və nəhayət, əsas insan hüquqlarına hörmət edilməsinə çağırırıq”, - Lyayen qeyd edib.
Bizim.Media