İranın Qum şəhərində iki polis əməkdaşı bıçaq xəsarətlərindən həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı — Əsədi və Qasemi Qum vilayətində kütləvi iğtişaşların iştirakçıları ilə toqquşmalar zamanı öldürülüb. Yerli prokurorluğun bildirdiyinə əsasən, polis əməkdaşları asayişi pozanlara dinc etirazla zorakılıq arasındakı fərqi izah etməyə çalışarkən onlara hücum edilib. Hər iki polis 40-dan çox bıçaq xəsarəti alıb.
Agentlik həmçinin xəbər verir ki, son toqquşmalar zamanı iğtişaşlarda iştirak edən silahlı qrupların təxminən 200 lideri və təşkilatçısı saxlanılıb. Saxlanılan şəxslərdən xeyli miqdarda silah, sursat, qumbara və “Molotov kokteylləri” götürülüb.
Hakimiyyət orqanlarının məlumatına görə, məhz bu həbslər 9 yanvar tarixində iğtişaşların intensivliyinin qismən azalmasına səbəb olub.
Bizim.Media