Belçikada müştərilərə satılan "Qalet de Rua" bayram piroqlarının içinə qızıl külçələr yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Soir" qəzeti məlumat yayıb.
Brüssel şirniyyat fabriki “Succulente” bəzi tortlarının içinə 1 və 2 qramlıq külçələr qoyub, Vallon şirniyyat fabriki “Blé d'Or” isə 10 qrama qədər ağırlığında külçələr gizlədib.
Qeyd edək ki, 2025-ci ilin sonunda qızıl və gümüşün qiyməti yeni bir rekord həddə çatıb.
Bizim.Media