Volodimir Zelenski Donald Tramp ilə ya ABŞ-də, ya da İsveçrədə görüş planlaşdırdığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti bunu “Bloomberg”ə verdiyi müsahibədə deyib.
O, görüşün həqiqətən də Dünya İqtisadi Forumu çərçivəsində (19–23 yanvar tarixlərində Davosda keçiriləcək) baş tuta biləcəyi ilə bağlı yayılan məlumatları təsdiqləyib.
Zelenski bildirib ki, xüsusilə ABŞ prezidentı ilə Rusiya tərəfindən mümkün təkrar hücum halında ABŞ-nin konkret öhdəliklərini şəxsən müzakirə etmək istəyir.
Bizim.Media