Ukraynanın ABŞ-dakı səfirliyi “Marinera” tankerinin heyəti arasında ukraynalıların olduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, gəminin göyərtəsində Ukrayna vətəndaşlığına malik 17 heyət üzvü var.
Diplomatik nümayəndəlik bildirib ki, ABŞ qurumları ilə daimi əlaqə saxlayırlar və ukraynalılara konsulluq çıxışının təmin olunması tələbi ilə artıq ABŞ Dövlət Departamentinə müraciət ediblər.
Sonrakı addımlar bütün halların tam aydınlaşdırılmasından asılı olacaq.
Qeyd edək ki, yanvarın 7-də ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Atlantik okeanında Rusiya neft tankeri “Marinera”nı saxlayıb.
Bizim.Media