“ABŞ formalaşmış bir dövlətdir, lakin onlar tədricən bəzi müttəfiqlərindən üz çevirir və hələ yaxın vaxtlara qədər təşviq etdikləri beynəlxalq qaydalardan imtina edirlər — istər ticarətlə, istərsə də təhlükəsizliyin müəyyən elementləri ilə bağlı olsun”.
Bizim.Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
O qeyd edib ki, Çin hələ də yüksəliş mərhələsində olan bir ölkədir:
“Lakin artıq getdikcə daha nəzarətsiz kommersiya aqressivliyi nümayiş etdirir və hazırda Avropa iqtisadiyyatını sarsıdır”.
Bizim.Media