Co Baydenə ölkə tarixində ABŞ Prezidentləri arasında ən yüksək dövlət pensiyası təyin edilib.
Bizim.Media xəbər verir ki, u barədə The New York Post (NYP) nəşri məlumat yayıb.
Məlumata görə, Baydenin illik pensiya ödənişi təxminən 417 min dollar (təqribən 708 min manat) təşkil edir ki, bu da onun prezident olduğu dövrdə aldığı maaşı üstələyir.
Nəşrin yazdığına görə, sabiq Amerika liderinin pensiyası digər keçmiş prezident Barak Obamanın aldığı məbləğdən iki dəfə çoxdur.
ABŞ Milli Vergiödəyiciləri Fondunun vitse-prezidenti Demian Bredi bildirib ki, Baydenin uzunmüddətli siyasi fəaliyyəti ona vəzifədən getdikdən sonra artıq ilk ildə iki ayrı pensiya fondundan yüksək məbləğdə ödəniş almaq imkanı verib.
Bizim.Media