“Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.
O qeyd edib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.
Bizim.Media