Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.
Bizim.Media xəbər verir ki, iclas Kolumbiyanın tələbi əsasında baş tutacaq.
BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında toplanıb.
Bizim.Media