ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və onun həyat yoldaşının hazırda ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorkda aparılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a telefon müsahibəsində deyib.
O, cütlüyün hazırda ABŞ-ın "İvo Jima" hərbi gəmisində olduğunu təsdiqləyib. Tramp onların helikopterlə ölkədən çıxarıldığını açıqlayıb.
Donald Tramp Venesuela Prezidentinin ələ keçirilməsini hərbi generallarla birlikdə Mar-a-Laqodakı iqamətgahında real vaxt rejimində izlədiyini bildirib.
Bizim.Media