ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"ABŞ hökuməti Polşadakı dörd bazaya – Dravsko-Pomorskiye, Povidze, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib", - paylaşımda bildirilir.
Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki ABŞ hərbi obyektlərinə ildə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb.
Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. ABŞ 2022-ci ilin fevralında ölkədəki hərbi kontingentinin sayını iki dəfə artırıb. Əvvəllər onların sayı 5 000 nəfər idi.
Bizim.Media