Meksikanın cənub-qərbindəki Qerrero ştatında 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Çilpansinqo şəhərindən 42 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 42 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media