Bolqarıstanda avro rəsmi dövriyyəyə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəsmi saytında məlumat verilib.
Bir ay ərzində milli valyuta — bolqar levası — avro ilə paralel şəkildə dövriyyədə olacaq, bundan sonra tamamilə istifadədən çıxarılacaq. Məzənnə 1 avro üçün 1,95583 bolqar levası səviyyəsində müəyyən edilib.
Beləliklə, Bolqarıstan Avropa İttifaqının (Aİ) 27 üzv dövlətindən avrozonaya qoşulan 21-ci ölkə olacaq. Avropa Mərkəzi Bankında (AMB) hesab edirlər ki, Bolqarıstan vahid Aİ valyutasına keçid üçün bütün zəruri meyarlara cavab verir.
Bizim.Media