Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev rus dilində danışan çinli iş adamını sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, hadisə Taşıyevin podratçı şirkətlərin nümayəndələri ilə görüşü zamanı baş verib.
Komitə rəhbəri çinli sahibkardan qırğız dilində danışmağı tələb edib.
"Niyə hələ qırğız dilində danışmağı öyrənməmisən? "China Road" Qırğızıstanda 20 ildir fəaliyyət göstərir. Deməli, qırğız dilində danışmağı bilmirsən? Öyrən!" – deyə Taşıyev bildirib.
Bizim.Media