Yeni Zelandiyada artıq 2026-cı ildir.
Bizim.Media xəbər verir ki, ada ölkəsinin ən böyük şəhərlərindən biri olan Oklend 2026-cı ilə ölkənin ən hündür tikilisi — Sky Tower-dən buraxılan atəşfəşanlıqla daxil olub.
Yağışlı hava şəraitinə baxmayaraq, şəhər mərkəzində böyük tədbir təşkil olunub.
Bununla da, Oklend yeni ili qarşılayan ilk böyük şəhər olub.
Qeyd edək ki, daha əvvəl Kiribati və Samoa adalarının sakinləri də 2026-ci ilə qədəm qoyublar.
Bizim.Media