2017-ci ildə dünyanın ən ağır insanı kimi Ginnesin Rekordlar Kitabına düşən meksikalı Xuan Pedro Franko vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə El Universal nəşri məlumat yayıb.
Məlumata görə, Xuan Pedro Franko 41 yaşında böyrək infeksiyası səbəbindən dünyasını dəyişib. Onu müalicə edən həkimin sözlərinə görə, son günlər Frankonun səhhəti böyrəklərdə yaranan infeksiyanın sistemli fəsadlara yol açması nəticəsində kəskin şəkildə pisləşib və bu da ölümə səbəb olub.
Qeyd edək ki, Xuan Pedro Franko 2017-ci ildə çəkisi 595 kiloqram olduğu üçün Ginnesin Rekordlar Kitabına dünyanın ən ağır insanı kimi daxil edilib.
Müalicə prosesində həkimi ona Aralıq dənizi pəhrizi təyin edib, daha sonra isə iki cərrahi əməliyyat həyata keçirilib. Nəticədə Frankonun çəkisi təxminən 49 faiz azalıb.
Həmçinin bildirilir ki, o, 2020-ci ildə koronavirus infeksiyasına da yoluxmuşdu.
Bizim.Media