İran Kanadanın hərbi-dəniz donanmasını terror təşkilatları siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.
Bildirilir ki, bu qərar Ottavanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qara siyahıya salmasına cavab olaraq qəbul olunub. Nəşrin qeyd etdiyinə görə, Tehranın bu bəyanatı iki ölkə arasında gərginliyi daha da artırıb və diplomatik nəticələrlə bağlı yeni narahatlıqlara səbəb olub.
Bundan əvvəl Kanada səfirinin SEPAH-ın terror təşkilatı elan edilməsi ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilmişdi.
İran XİN-də bu qərarı qanunsuz və təxribat xarakterli adlandırılıb, çünki Korpus İranın rəsmi silahlı qüvvələrinin ayrılmaz hissəsidir.
Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan isə öz növbəsində bildirib ki, Ottava SEPAH-la mübarizədə “öz ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə hazır olduğu” mesajını Tehrana göndərmək qərarına gəlib.
Daha əvvəl Kanada bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırmışdı.
Bizim.Media