Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Bizim.Media Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov sosial şəbəkələrdə bildirib.
"Volokonovsk dairəsindəki Qruşevka - Pyatnitskoe yolunun bir hissəsində avtomobilə FPV-dronun zərbəsi nəticəsində qadın həlak olub. Maşında olan kişini "Orlan" döyüşçüləri Volokonovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar", - deyə o qeyd edib.
Bizim.Media