ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun Floridada görüşü başa çatıb. Görüş Amerika liderinin Mar-a-Laqo malikanəsində keçirilib.
Bizim.Media xəbər verir ju, Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşü müsbət qiymətləndirdiyini bildirib.
Bununla yanaşı, işğal altındakı Qərb Şəriyəsi məsələsində tərəflər arasında fikir ayrılıqlarının hələ də qalmaqda olduğunu etiraf edib.
ABŞ Prezidenti HƏMAS-a Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçmək üçün silahsızlaşmaq məqsədilə “çox qısa müddət” veriləcəyini deyib. O, İsrailin razılaşdırılmış plana “yüz faiz” əməl etdiyini vurğulayıb.
Bizim.Media