Türkiyəli aktrisa Aslı Bekiroğlu baş rolu canlandırdığı “Sil Baştan” adlı tamaşa zamanı bədbəxt hadisə ilə üzləşib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxış zamanı səhnə qapısı aktrisanın başına düşüb.
Tamaşadan sonra Aslı tamaşaçılara “Yaxşıyam, yaxşı olacağam”, - deyib.
Qəzadan sonra aktrisa MRT müayinəsi üçün xəstəxanaya müraciət edib.

Bizim.Media