ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə söhbəti 1 saat 15 dəqiqə davam edib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O, telefon danışığının Trampın təşəbbüsü ilə təşkil edildiyini qeyd edib. Uşakov bildirib ki, Putin və Tramp müvəqqəti atəşkəsin yalnız Ukraynadakı münaqişəni uzadacağı barədə ümumilikdə oxşar fikirlərə malikdirlər.
Qeyd olunub ki, Tramp həll baxımından Ukrayna münaqişəsinin onun üçün ən çətin olduğunu etiraf edib. Liderlər xüsusi yaradılmış işçi qruplar çərçivəsində nizamlama üzərində işləməyə davam etmək təklifi ilə razılaşıblar.
Bu qrupların parametrləri yanvarın əvvəlində açıqlanacaq.
Bizim.Media