İsrailin Müdafiə Nazirliyi ilk “Iron Beam” lazer texnologiyalı Hava Hücumundan Müdafiə (HHM) sistemini orduya təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"İsrail Müdafiə Nazirliyi orduya “Iron Beam” yüksək güclü döyüş lazer sistemini təhvil verdi. Geniş bir sıra sınaqlarda müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edən, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirən sistem, İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək", - açıqlamada deyilir.
Bizim.Media