Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkədəki səhifəsində yazıb.
"Biz prezident Trampla görüşə hazırlığı, eləcə də avropalı tərəfdaşlarla bütün təmaslarımızı müzakirə etdik", o qeyd edib.
Zelenski həmçinin Böyük Britaniyanın Baş nazirinə cəbhədəki vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə məlumat verib.
Bizim.Media