Avstriyanın Şpiss şəhəri yaxınlığında qar uçqunu nəticəsində 5 nəfər həlak olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 13:40-da baş verib. İlkin məlumatlara görə, yerli təlimatçı ilə İsveçdən olan bir qrup xizəkçi qarın altında qalıb.
Xilasedicilər 5 xizəkçini ölü tapıblar. Qrupun daha bir üzvü isə xəstəxanaya yerləşdirilib.
Bizim.Media