Brüssel hava limanında Avropa İttifaqı sammitinə gələn Slovakiyanın baş naziri Robert Fitsonun təyyarəsi zədələnib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.
Fitsonun sözlərinə görə, hava limanında trap maşını təyyarəyə çırpılıb və nəticədə hava gəmisi uçuş üçün yararsız hala düşüb.
“Brüsseldə çətin sammit pis başladı. Hava limanında trap maşını təyyarəmizi elə zədələdi ki, artıq uçuşa yararsızdır”, — deyə o, əlavə edib.

Bizim.Media