Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.
Saxlanılan şəxslər arasında tanınmış müğənni Aleyna Tilki, influnser Danla Bilic, Mümine Senna Yıldız və aktrisa İrem Sak da var.
Haqqında həbs qərarı verilmiş Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə yaşadıqları ünvanda tapılmayıb.
Bizim.Media