Brüsseldə Avropa İttifaqı (Aİ)-Qərbi Balkan Sammiti keçirilir.
Bizim.Media xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koştanın sədrliyi ilə keçirilən Zirvə görüşündə Aİ qurumlarının rəhbər şəxsləri, İttifaqa üzv ölkələrin və Qərbi Balkan ölkələrinin dövlət və hökumət başçıları iştirak edirlər.
Liderlər genişlənmə, eləcə də iqtisadiyyat, miqrasiya, təhlükəsizlik və xarici siyasət sahələrində əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edirlər.
Sammitin sonunda Aİ-Qərbi Balkan Sammitinin Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Bizim.Media