Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Budapeşt Aİ-nin genişlənmə ilə bağlı illik bəyanatını bloklayıb. Həmin bəyanatda Kiyevin Avropa inteqrasiyası prosesinə müsbət qiymət verilirdi.
Bizim.Media xəbər verir ki, bu barədə DW yazıb.
Buna baxmayaraq, Aİ-yə üzv 26 ölkə Ukraynanın Brüsselin tələblərini yerinə yetirməkdə irəliləyiş əldə etdiyini təsdiqləyib.
Aİ-də bildirilib ki, Macarıstanın vetosu hələlik üzvlüklə bağlı formal danışıqların başlanmasına imkan vermir, lakin qeyri-rəsmi məsləhətləşmələr davam edir.
Berlin Budapeştin bu addımlarını “getdikcə daha destruktiv” adlandıraraq vurğulayıb ki, Macarıstanın vetosu aradan qaldırılsa, Ukrayna üzvlük prosesini sürətləndirə bilər.

Bizim.Media