Dekabrın 17-də yerli vaxtla saat 07:38-də Almatı–Astana marşrutu üzrə yerinə yetirilən KC-851 saylı müntəzəm sərnişin reysi zamanı “Air Astana” aviaşirkətinə məxsus Airbus A321N (EI-KDG) təyyarəsi həyəcan siqnalı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.
“Kazaeronavigatsiya”nın Hava Hərəkətinin Planlaşdırılması Mərkəzinin verdiyi məlumata görə, ekipaj təyyarənin salonunda tüstülənmə müşahidə edildiyi üçün MAYDAY – fövqəladə vəziyyət siqnalı elan edib.
İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur.
Təyyarə saat 07:40-da Almatı hava limanına uğurla eniş edib. Təhlükəsizliyin təmin olunması məqsədilə hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri səfərbər edilib.
Bizim.Media