ABŞ 7 ölkə vətəndaşları üçün ölkəyə girişinə tam qadağa tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Bəyanata əsasən, bu ölkələr Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leonedir.
15 ölkənin vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunur:
Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.
Bizim.Media