İrandan olan haker qruplaşması İsrailin hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumatların ötürülməsi üçün 30 min dollar təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Məlumata görə, İranın Handala adlı haker qruplaşması İsrailin hava hücumundan müdafiə sistemlərini hazırlayan mütəxəssislər barədə məlumatlara görə, 30 000 dollar mükafat vəd edib.
Hakerlərin iddiasına görə, söhbət mühəndis və texniklərin fotolarından, ad-soyadlarından, əlaqə məlumatlarından və yerləşdikləri ünvanlardan gedir.
Hakerlər həmçinin “hədəf” kimi seçdikləri şəxslərin ailələrinin təhlükəsizliyini təhdid edir və onların elektron poçtlarını və telefonlarını izlədiklərini bildirirlər.
Bizim.Media