“Ukrayna bilməlidir ki, Rusiya Federasiyasının mümkün təkrar hücumu halında ABŞ və Avropa necə reaksiya verəcək - sanksiyalar, silahlar, cavab tədbirləri. Dənizdə, döyüş meydanında və s. hansı reaksiya olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Zelenski qeyd edib ki, Putin heç vaxt öz insanlarının həyatını hesaba qatmayıb və cəbhədəki itkiləri nəzərə almayıb.
Bizim.Media