Ukrayna Ali Radasında deputatlar arasında əlbəyaxa dava baş verib.
Bizim.Media xəbər verir ki, Ali Radanın plenar iclasında deputat Maryana Bezuqla parlament tribunasını bağlayaraq digər parlamentarilərin çıxış etməsinə mane olub.
Bezuqla Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin istefasını tələb edib.
Deputat Sergey Taruta tribunanın blokunu açmağa çalışıb, baryer lentini cırıb və Mariana Bezuqla ilə mübahisə edib. Tərəflərin mübahisəsi əlbəyaxa insidentə çevrilib.
Həmin kadrları təqdim edirik:
Bizim.Media