Polşada təhlükəsizlik qüvvələri Lyublin Katolik Universitetinin bir tələbəsini Milad yarmarkasında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatorun mətbuat katibi Yaçek Dobjinski məlumat verib.
“Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Lyublin Katolik Universitetinin tələbəsi Mateuş V.-ni kütləvi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıblar. O, partlayıcı maddələrdən istifadə etməklə Milad yarmarkalarından birində hücum planlaşdırırdı”, – deyə Dobjinski X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, cinayətin məqsədi insanları kütləvi şəkildə qorxutmaq, həmçinin Rusiyada qadağan olunmuş terror təşkilatı “İslam Dövləti”nə (İŞİD – red.) dəstək vermək olub.
İstintaq məlumatına əsasən, saxlanılan şəxs partlayıcı maddələrin hazırlanma üsulları ilə bağlı məlumatlar toplayıb və terror təşkilatına qoşulmağı planlaşdırıb. Məhkəmə Mateuş V.-nin üç ay müddətinə həbs edilməsi barədə qərar verib. (Mənbə: TASS)
Bizim.Media