Romada İtaliyanın baş naziri Corcia Meloni ilə Mozambik prezidenti Daniel Şapu arasında görüş keçirilib. Görüşdə energetika, ticarət və əməkdaşlıq məsələləri müzakirə olunub.
Bizim.Media xəbər verir ki, lakin medianın diqqəti tezliklə rəsmi gündəmdən liderlər arasındakı nəzərəçarpan boy fərqinə yönəlib. Mozambik prezidentinin boyu 2,04 metr, İtaliya baş nazirinin boyu isə 1,58 metrdir.
Rəsmi görüşdən yayımlanan fotolar sosial şəbəkələrdə sürətlə viral olub. Uğurlu kadr almağa çalışan fotoqraflar müxtəlif çətinliklərlə üzləşiblər. Bəziləri çömbəlib, digərləri isə hər iki lideri eyni kadra salmaq üçün yerə uzanıblar. Bu anlar da sosial mediada zarafat dalğasına səbəb olub.
Basketbol həvəskarı olan Daniel Şapunun hündür boyu dünya liderləri ilə görüşlərdə əvvəllər də diqqət çəkib.


Bizim.Media