Qazaxıstanda kütləvi iğtişaşların təşkilində şübhəli bilinən Arman Dikiy kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.
Bizim.Media “Sputnik Qazaxıstan” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə onun vəkilləri bildirib.
“Qurumda bilmirlər ki, müştəriləri hara və nəyə görə köçürülüb”.
Vəkillər sonuncu dəfə Cumageldiyevlə bir gün əvvəl danışıblar. Onların sözlərinə görə, o, ifadə verməyə hazırlaşırmış.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da təqsirləndirilən şəxslərin itkin düşməsi ilə bağlı heç nə bilmirlər.
Xatırladaq ki, Arman Cumageldiyev Türkiyədə yaşayır. Yanvar iğtişaşları zamanı Qazaxıstana gəlib və dəfələrlə kütlə qarşısında çıxış edib. O, Antalyada qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Lotu Quli ilə yaxın dost olub.
Bizim.Media