Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraq və Suriyada baza kimi istifadə edilən Derik, Sincar və Karacak bölgələrində PKK terrorçularına qarşı “Qış Qartalı” hava əməliyyatı keçirib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Terrorçuların istifadə etdiyi sığınacaqlar, anbarlar, mağaralar, tunellər, silah-sursat anbarları, habelə yaraqlıların qərargahı və təlim düşərgələri vurulub”, - məlumatda bildirilir.
Bizim.Media