“Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi olaraq qeyd edilməlidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir.
İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında "2026-cı ilin büdcə zərfi"nin müzakirəsi zamanı deyib.
“Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, həm də büdcə xərclərinin sosial yönümlülüyünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin etmişdir”,- deyə spiker əlavə edib.
Günay Şahmar, Bizim.Media