İsveçrədə bir vətəndaş yanvarın 1-indən qüvvəyə minən qanundakı boşluqdan faydalanmaq üçün cinsini dəyişdirib.
Bizim.Media xəbər verir ki, kağız üzərində cinsini qadın olaraq dəyişdirən kişi 1 il daha erkən pensiyaçı olmaq imkanı qazanıb.
Qanundakı boşluq cinsiyyət dəyişikliyi zamanı fiziki müayinə və hormon testi məcburiyyətinin aradan qalxması ilə bağlıdır. Belə ki, yanvarın 1-indən etibarən yaşı 16-dan yüksək olan şəxslərdən cinsiyyətini dəyişdirmək üçün 10 dəqiqəlik görüş və 75 İsveçrə frankı ödəniş tələb olunur.
İsveçrədə kişilər 65, qadınlar 64 yaşında pensiyaya almaq hüququ qazanırlar. Pensiya məbləği 1129-2257 avro arasında dəyişir.
Adı açıqlanmayan kişinin sadəcə kağız üzərində cinsini dəyişdiyi bildirilib.
Bizim.Media