Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman zarafatla Ağ Evdə ABŞ prezidenti Donald Trampla növbəti görüşü üçün milli geyimini kostyumla dəyişdirə biləcəyini deyib.
Bizim.Media xəbər verir ki, bu barədə Məhəmməd bin Salman Ağ Evdə keçirilən şam yeməyində danışıb.
"Mən bura gəlməzdən əvvəl mərc saytları qara kostyum geyinib-geyinməyəcəyimə mərc edirdilər. Onlara demək istəyirəm ki, uduzduğunuz üçün üzr istəyirəm. Bəlkə növbəti dəfə kostyum geyinərəm", - Bin Salman deyib.
Bizim.Media