Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq ABŞ istehsalı olan ATACMS taktiki raket sistemləri ilə Rusiya ərazisinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiyadakı hərbi obyektlərə dəqiq zərbələr endirilib. Baş Qərargah bu addımı “Ukraynanın suverenliyini qorumaq istiqamətində sarsılmaz iradənin nümayişi” kimi qiymətləndirib.
Bizim.Media