Rusiyanın ən iri neft emalı zavodu işini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, “Rosneft”in Ryazan neft emalı zavodu (NEZ) 15 noyabr gecəsi ukrayna pilotsuz uçuş aparatının hücumundan sonra xammal neftin emalını dayandırıb.
“Müəssisənin ayın sonuna qədər fəaliyyətsiz qalacağı gözlənilir. Neft məhsullarının 1 dekabradək göndərilməsi planlaşdırılmır”, — agentliyin həmsöhbətlərindən biri bildirib. Agentliyin məlumatına görə, PUA-lar zavodun illik gücü səkkiz milyon metrik tondan çox olan əsas qurğusuna zərbə endirib. Bu, zavodun ümumi gücünün demək olar ki, yarısıdır (48%).
Qeyd edək ki, Ryazan NEZ Rusiyanın ən böyük zavodlarından biridir. 2024-cü ildə o, 13,1 milyon ton xammal neft emal edib və ölkədəki ümumi NEZ gücünün 4,9%-ni təmin edib.
Bizim.Media