Viruslar, müharibələr, texnoloji inqilab... – 2026-cı ildə dünyanı gözləyən TƏHLÜKƏLƏR

Viruslar, müharibələr, texnoloji inkişaf, siyasi, iqtisadi gərginliklər...

Bütün bunlar “The Economist” jurnalının 2026-cı il üçün proqnozlarıdır.

Belə ki, Britaniyanın dünyaca məşhur jurnalı hər il ənənəvi olaraq yeni il üçün yayımladığı üz qabığında bu dəfə də növbəti il üçün mesajlar təqdim edib.

“The World Ahead” adlı üz qabığındakı hər detal əslində bir mesajdır.




İllustrasiyada ilk olaraq, üzərində 250 formasında şamlar olan tort diqqət çəkir. Bu 2026-cı ildə qeyd olunacaq  ABŞ-ın müstəqilliyinin 250-ci iliylə bağlıdır.

Eyni zamanda, bir sıra siyasi liderlər də illüstrasiyada təsvir olunub. Maraqlı detallardan biri də budur ki, İsrailin Baş naziri Benyamin Netanyahu, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Tsinpinlə Amerika Prezidenti D.Tramp qarşı-qarşıya, ortada isə kəsişən qılınclar təsvir edilib.

Bu qılınclar İsrail və Amerika münasibətlərinin gərginləşəcəyindən xəbər verir?

Siyasi şərhçi Əziz Əlibəyli Bizim.Media-ya açıqlamasında bu proqnozu doğru hesab edib. O deyir ki, “The Economist”-in yayımladığı bu foto Donald Trampın qlobal dünyasının xəritəsidir.

“Tramp Ağ Evdə qaldıqca bu proseslər olacaq. Onun normaları pozan yanaşmaları qlobal prosesləri yerindən oynadır, diplomatik nəticələr verir, ticarət savaşları gedir.

İlk olaraq, Qəzzada kövrək sülh hökm sürəcək. Bu, o deməkdir ki, İsrail və ABŞ münasibətlərində müəyyən gərginliklər olacaq. Ancaq nə qədər kövrək də olsa, bu, qalıcı münasibətə çevriləcək.  Çünki Netanyahu hökumətinin və ABŞ Adminstrasiyasının yəhudi lobbiləri birgə fəaliyyət göstərirlər. Mümkündür ki, Qəzzada olacaq kövrək sülh prosesi üzərindən paralel şəkildə Ukraynada, Sudanda münaqişələr davam etsin.

Rusiya və Çin Şimali Avropa və Cənubi Çin dənizində Amerikanın səbrini yoxlamaq üçün boz zonalar yaratmağa çalışacaqlar”.

Əziz Əlibəyli qeyd edib ki, illustrasiyaya görə bu il ilk dəfə Arktikada, orbitdə, dənizdə və kiberməkanda qarşıdurmalar artacaq.

Qeyd edək ki, təsvirdə dolların simvolu, kəsişən qılıncların altında sxem var.

Bu iqtisadi zəifləmələri, xüsusilə dolların dəyərinin azalmasına işarədir?

“2026-cı ildə Amerika iqtisadiyyatının gücü Trampın tətbiq etdiyi tariflərlə birgə davam edəcək. Ancaq qlobal artım zəifləyəcək. Çünki istiqraz bazarında böhran gözlənilir, risklər var. Bir çox məsələ mayda  Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelin verəcəyi qərardan asılıdır: İstefa verəcək, yoxsa davam edəcək? Çünki FED siyasiləşdikcə Amerika iqtisadiyyatına təsir edir.

Amerikanın və dünyanın iqtisadi qayğıları olacaq. Tramp ticarət savaşlarıyla Çini bloklamağı düşünür. Ancaq istiqraz bazarı Trampın əsas probleminə çevriləcək. Amerikay və Çin, bloklar arasında toqquşmalar, koalisiyalar böyüyəcək. Çinə gəldikdə isə deflyasiya və artım yavaşlayır, sənaye bolluğu var. Bu isə Çin üçün problemdir.

Avropada da bəzi sıxıntılar olacaq. Çünki Amerika Avropanı müdafiə xərclərini artırmağa məcbur edir, öz yanında saxlayır. İqtisadi artımı və s. məsələləri buxovlayır. Sərt qənaət və sağçı partiyalara dəstəyini gücləndirir”, - deyə müsahibimiz sözügedən təsviri şərh edib.

“Savaşların növbəti mərhələləri açıqlandı...”

“Şərqdə müharibələr alovlanacaq. Biz İsraili orada təsadüfən görmürük. İran və İsrail müharibəsinin ciddi dalğalarını müşahidə edəcəyik. Bu təsvirlər savaşların növbəti mərhələsini açıq elan edir”.

“The Economist” sadəcə insanlar arasındakı  yox, həmçinin robotlar arasındakı qarşıdurmalarla bağlı da dünyaya xəbərdarlıqlar edib.

Həmçinin təsvirdəki əriyən buzlar qlobal istiləşmənin göstəricisidir.

Əziz Əlibəyli vurğulayıb ki, iqlim problemlərinin həlli Trampın qərarlarından asılıdır:

“Növbəti il süni intellektlə bağlı qayğılar olacaq. Çünki artıq onunla necə davranmaq məsələsi ortaya çıxıb. İlk dəfə Amerikada işsizlər ordusunun üzərində ciddi təsir yaranacağı gözlənilir. İqlim mövzusunda isə qlobal istiləşməni 1.5 dərəcə selsiylə məhdudlaşdırmaq məsələsi var. Tramp isə bərpa olunan enerjinin tərəfdarı deyil. Trampın geotermal enerji mövzusunda necə davranacağı hələ məlum deyil. Ancaq ciddi iqlim böhranı gözlənilir”.

İllüstrasiyalarla bağlı əsas diqqətçəkən məqamlardan biri də bütün detalların bir futbol topunun içində kimi təsvir edilməsidir. Həmçinin elə topun içində də boksçular, atletiklər var.

Niyə məhz bu idman növləri?

“2026-cı ildə dünya trendində idman dəyərləri önəmli olacaq. Amerika, Kanada, Meksika birgə dünya futbol çempionatlığına ev sahibliyi edəcəklər.

Ancaq idmançıların performansını artıracaq dərmanların ciddi problemlər yaradacağı və dünyaya damğa vuracağı görünür”.

Əziz Əlibəyli sonda qeyd edib ki, Amerikanın 250 illiyi ilə bağlı noyabrda keçiriləcək səsvermədə amerikalılar Amerikanın gələcəyi ilə bağlı səs verəcəklər.

Xatırladaq ki, ötən il “The Economist”-in 2025-ci il üçün olan üz qabığında da siyasi proseslər, iqtisadi dəyişikliklər, nəqliyyatla bağlı yeniliklər təsvir olunmuşdu.




Demək olar ki, jurnalın proqnozlaşdırdıqları bu il reallaşdı.

Nümunə olaraq: həmin şəkilin mərkəzində D.Trampın şəkli var idi. 2025-ci ildə o, yenidən Amerika Prezidenti vəzifəsini icra etməyə başladı və şəkildə olduğu kimi dünya siyasətinin mərkəzində oldu. Həmçinin, bu il elektrikli avtomobillər sürətlə dünyada yayılmağa başladı. “The Economist” isə bunu hələ ötən ildən proqnozlaşdırmışdı...

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?

Osimhenin qolunun sındığı anın VİDEOSU

Osimhenin qolunun sındığı anın VİDEOSU

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

End of content

No more pages to load

RADİO