Malayziyada bir ailə evlərində 60 kiloqramlıq pitonun gizləndiyini öyrənəndə şok keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “World of Buzz” nəşri yazıb.
Belə ki, 15 yaşlı qız məktəbdən qayıdanda tualetin tavanının zədələndiyini görüb və bundan sonra ilanı aşkar edib.
Hadisə yerinə çağırılan Malayziya Mülki Müdafiə Qüvvələrinin əməkdaşları sürünənin ölçüsünə heyrətləniblər. Məktəblinin anasının sözlərinə görə, piton o qədər böyük idi ki, o, onu anaconda ilə müqayisə edib.
Hadisədən sonra ilan qoxusunu tamamilə aradan qaldırmaq üçün ev diqqətlə təmizlənib. Ailənin ehtimalına görə, reptiliya bağdan açıq qapı vasitəsilə evə daxil olub.
İlanın uğurla çıxarılmasına baxmayaraq, ailə hələ də stress yaşayır və baş verənlərdən sonra tualetdən istifadə etməkdən çəkinirlər.
Bizim.Media